“Zirə”nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində rəqibi olan İsrailin “Makkabi” (Təl-Əviv) komandası yeni mövsümə hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, paytaxt klubu Belçikanın “Vesterlo” komandası ilə üz-üzə gəlib.
Üç qolun qeydə alındığı matçda “Zirə”nin rəqibi məğlubiyyətlə üzləşib – 1:2. 34 və 65-ci dəqiqələrdə qol buraxan Təl-Əviv təmsilçisi, 82-ci dəqiqədə qazandığı penalti sayəsində fərqi azaltsa da, bundan artığına gücü çatmayıb.
“Makkabi” bu oyunda aşağıdakı heyətlə mübarizə aparıb:
Daniel Peretz (Daniel Tenenbaum 60), Andre Geraldes (Maor Kandil 60), Enric Saborit (Sheran Yeini 46), Idan Nachmias (Avi Rikan 68), Guy Mizrahi, Eyal Golasa (Nadav Niddam 60), Joris van Overeem (Tamir Glazer 68), Dan Biton (Gabi Kanichowsky 46), Parfait Guiagon (Eduardo Guerrero 60), Eylon Almog (Brandley Kuwas 46), Stipe Perica (Djordje Jovanovic 46).
“Zirə”nin “Makkabi” ilə ilk oyunu iyulun 21-də Bakıda, cavab görüşü isə bir həftə sonra səfərdə baş tutacaq.