Almaniyanın “Ersgebirge” komandası yeni mövsümə hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun da heyətində yer aldığı Aue təmsilçisi Leypsiq “Lokomotv”i ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan 4:0 hesablı qələbə ilə ayrılıb. Nazarov da bu görüşün iştirakçısı olub. Komandasını meydana kapitan kimi çıxaran yarımmüdafiəçi, 28-ci dəqiqədə penaltidən fərqlənməklə oyunda hesabı açıb.

“Ersgebirge”nin növbəti sınaq matçı “Leykersdorf”la olub. Auelilər bu görüşdə 29:0 hesablı qələbəyə seviniblər. Nazarov yenə komandasını meydana kapitan kimi çıxarıb və fasilədə əvəzlənib. Elə ilk hissədə vurulan 14 qoldan üçünü Nazarov rəqib qapısından keçirib. O, 8, 22 və 36-cı dəqiqələrdə fərqlənib.

Shares: