İngiltərənin “Vulverhempton” klubu yarımmüdafiəçisi Joao Moutinyo ilə müqavilənin müddətini artırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Portuqaliyadan olan 35 yaşlı futbolçu ilə 1 illik yeni sözləşmə imzalanıb.
Moutinyo 2018-ci ilin yayından “Vulverhempton”da çıxış edir. O, bu komandanın heyətində meydana çıxdığı 176 oyunda 5 qola imza atıb.
“Vulverhempton”da Azərbaycan millisinin hücumçusu Renat Dadaşov da çıxış edir. Hazırda bu komanda ilə yeni mövsümə hazırlaşan azərbaycanlı forvardın başqa kluba icarəyə verilib-verilməyəcəyi bilinmir.