Fransa millisinin sabiq futbolçusu Qael Klişi daha bir mövsümü “Servett” klubunda keçirəcək.

Futbolinfo.az xəbər verir ki, İsveçrə klubu 36 yaşlı fransalı müdafiəçi ilə müqavilənin 2023-cü ilin yayına qədər uzadıldığını açıqlayıb.

Klişi 2020-ci ilin dekabrından “Servett”də oynayır. O, komandanın heyətində meydana çıxdığı 55 matçda 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Klişi karyerası ərzində “Kan”, “Arsenal”, “Mançester Siti”, “Başakşəhər” kimi klublarda forma geyinib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp