Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Neftçi”nin 2-ci yoxlama oyunundakı rəqibi bəlli olub.

Futbolinfo.az xəbər verir ki, “ağ-qaralar” yerli “Sivasspor” komandası ilə qarşılaşacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Super Liqa təmsilçisi ilə oyun iyulun 11-də keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə 16:45-də start veriləcək.

Xatırladaq ki, “Neftçi” Boludakı ilk yoxlama matçında yerli “Sakaryaspor”la 1:1 hesablı heç-heçə edib. “Ağ-qaralar” iyulun 14-də daha bir sınaq matçına çıxmağı planlaşdırırlar. Rəqib isə hələ müəyyənləşməyib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp