Türkiyənin “Sivasspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi polşalı hücumçu Karol Angelskini transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Karol Angelskinin sonuncu iş yeri “Radomyak Radom” klubu olub. O, 2020-ci ildən bu komandada çıxış edirdi.
“Sivasspor” yarımmüdafiəçiləri Koray Altınay və Sefa Yılmazla da yollarını ayırdığını açıqlayıb. Onların hər ikisi “Rizəspor”a keçib.