Türkiyənin “Qalatasaray” klubu braziliyalı müdafiəçisi Markaonu İspaniya “Sevilya”sına satıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə sözügedən klubların rəsmi saytları məlumat yayıb.
Braziliyadan olan 26 yaşlı futbolçu La Liqa təmsilçisi ilə 5 illik müqavilə imzalayıb. “Sevilya”nın bu transferə görə Türkiyə klubuna 12 milyon avro təzminat ödəyəcəyi bildirilir.
Markao 2019-cu ilin yanvarından “Qalatasaray”da çıxış edirdi. O, bu komandada 141 matça çıxıb, 2 qola imza atıb.