İspaniyanın “Atletiko” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Madrid təmsilçisi Portuqaliya “Jil Vesente”sindən Samuel Linonu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Braziliyalı vingerlə 2027-ci ilin yayına kimi müqavilə imzalanıb.

Samuel Lino 2019-cu ilin yayından “Jil Visente”də çıxış edirdi. 22 yaşlı futbolçu son mövsümdə Portuqaliya klubunun heyətində 38 matçda 14 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Shares: