AÇ-2023-ün təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlaşan kişi voleybolçulardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışının növbəti mərhələsi üçün bu gün Belarusa yollanıb.

Futbolinfo.az xəbər verir ki, milli komanda iyulun 16-dək Minskdə hazırlıq keçəcək.

Voleybolçular burada təlim-məşq toplanışı ilə yanaşı, yerli kollektivlə yoldaşlıq görüşlərində qüvvəsini də sınayacaq.

Minsk hazırlığından sonra Belarus yığması Bakıya səfər edəcək. 2 komandanın paytaxtda birgə məşqi və bir neçə yoxlama matçı nəzərdə tutulub.

Shares: