İtaliyanın “İnter” klubu qapıçısı Samir Handanoviçlə müqavilənin müddətini uzadıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

37 yaşlı sloveniyalı qolkiperlə 1 illik yeni müqavilə imzalanıb. Onun əvvəlki sözləşməsi bu yaya qədər idi.

Handanoviç ötən mövsüm “İnter”in heyətində bütün yarışlarda meydana çıxdığı 50 oyunda 40 qol buraxıb və 21 matçda qapısını toxunulmaz saxlayıb.

“İnter” digər futbolçularından Marko Pompettinin “Südtirol”, Andrey Radunun isə “Kremoneze” klubuna icarəyə verildiyini açıqlayıb.

Shares: