Futbol üzrə Rusiya Super Kuboku uğrunda oyun keçirilib.
Futbolinfo.az xəbər verir ki, həlledici oyunda Rusiya çempionu “Zenit”lə kubokun sonuncu qalibi “Spartak” komandaları üz-üzə gəlib.
Sankt-Peterburqdakı “Qazprom Arena”da keçirilmiş qarşılaşma yerli komandanın qələbəsi ilə yekunlaşıb – 4:0.
Bununla da hazırda Sergey Semakın rəhbərlik etdiyi “Zenit” ardıcıl 3-cü, tarixində isə 8-ci dəfə Super Kubokun qalibi olub.