“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, İstanbul təmsilçisi “Portu”dan Serjio Oliveyranı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Portuqaliyalı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
İstanbul təmsilçisi bu transfer üçün Portuqaliya klubuna 3 milyon avro təzminat ödəyib. 30 yaşlı futbolçu geridə qalan mövsümü icarə əsasında İtaliyanın “Roma” klubunda keçirib.