Sərlövhə sizi aldatmasın, “Kəpəz”in yeni legionerinin aylıq yox, illik maaşı 20 min dollar alacaq. Premyer Liqaya qayıdan Qərb təmsilçisi azarkeşlərə yaxşı tanış olan Peyman Keşavarzini bu məbləğə oynamağa razı salıb.

Vaxtilə “Səbail”də də çıxış etmiş mərkəz müdafiəçisi ölkəmizi erkən tərk etmişdi. Ailə vəziyyəti ilə əlaqədar mövsümü bitirmədən, cəmi 3 ay oynadıqdan sonra İrana dönən legioner bu dəfə birillik müqavilə üçün gəlib. Dünəndən Bakıda olan və gəncəlilərin məşqçlərinə qoşulan futbolçuyla müqavilə tezliklə rəsmiləşəcək.

Xatırladaq ki, 2000-ci ildən çıxış etdiyi “Səbail”də 17 oyuna 2 qol vuran müdafiəçi, daha sonra “Traktor”a getmişdi. Burada cəmi 4 matça çıxan Peyman qışdan bəri klubsuzdu.

Shares: