Polşanın “Lex” komandasının baş məşqçisi Con van den Brom Polşa Super Kuboku uğrunda oyunda “Rakuv”a 0:2 hesabı ilə uduzduqları oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, niderlandlı mütəxəssis qarşılaşmadan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Finalda uduzmaq əyləncəli deyil. Biz gələcəyə baxırıq. Bu matçı təhlil edib diqqətimizi Bakıdakı qarşılaşmaya yönəldəcəyik. “Qarabağ”a qarşı UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab görüşü ilə əlaqədar bu gün fərqli “11-liy”ə şans verdik. Məğlubiyyətə baxmayaraq, meydana çıxan futbolçulardan razı qaldıq”.
Xatırladaq ki, “Qarabağ” “Lex”ə səfər oyununda 0:1 hesabıyla məğlub olub. Bu komandalar arasındakı cavab matçı iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.