Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, ispaniyalı müdafiəçi Con İrasabal bundan sonra sözügedən komandanın uğurları üçün çalışacaq.

25 yaşlı futbolçu ilə bağlanmış müqavilənin müddəti 1+2 ildir.

İrasabal karyerası ərzində İspaniyanın “Vitoria” (2017-2018), “Mirandes” (2018-2020), “Lexona” (2019-2020) və “Amorebieta” (2020-2022) klublarında çıxış edib.

Con “Sabah”da 19 nömrəli formada çıxış edəcək.

Shares: