Final mərhələsi 2024-cü ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində millimiz 6-cı qrupda Polşa və Yunanıstan yığmaları ilə qarşılaşacaq.

Futbolinfo.az xəbər verir ki, millimiz indiyə qədər hər iki rəqibi ilə ayrı-ayrılıqda 3 dəfə üz-üzə gəlib.

Polşa ilə ilk duel 1996-cı ildə Niderlandda baş tutub və qələbəni komandamız qazanıb. Növbəti belə duel 8 ildən sonra gerçəkləşib. Bu dəfə 3 xalı Polşa qazanıb. Komandalar arasındakı son görüş 2009-cu ildə olub. Minimalhesablı qələbə komandamızın xeyrinə yazılıb.

Yunanıstana dəldikdə, onlarla da millimiz 3 dəfə qarşılaşıb və hamısında qələbə qazanıb. İlk oyun 2000-ci ildə keçirilib. 21 ildən sonra tərəflər yenidən 2 dəfə üz-üzə gəlib və qələbəni futzalçılarımız qazanıb.

AÇ-96 (seçmə mərhələ – Niderland)
23.10.1995. Polşa – 6:4

DÇ-04 (seçmə mərhələ – Kipr)
05.11.2003. Polşa – 1:6

AÇ-10 (seçmə mərhələ – Portuqaliya)
20.03.2009. Polşa – 4:3

DÇ-00 (seçmə mərhələ – Xorvatiya)
29.02.2000. Yunanıstan – 8:3

AÇ-2022 (seçmə qrup mərhələsi)
02.02.2021 Yunanıstan – 3:0

14.04.2021 Yunanıstan – 4:0

Shares: