Azərbaycan cüdoçuları Macarıstanın paytaxtı Budapeştdəki “Böyük Dəbilqə” turnirini üç medalla başa vurublar.
Futbolinfo.az xəbər verir ki, yarışın sonuncu günündə mübarizəyə qoşulan üç idmançıdan heç biri medal qazana bilməyib.
90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev 1/16 finalda Camal Petgreyvə (Böyük Britaniya) qalib gəlsə də, növbəti raundda Gergely Nerpelə (Macarıstan) uduzub.
100-dakı Elmar Qasımov eyni raundda Zlatko Kumriçi (Xorvatiya) məğlub etsə də, Nikoloz Şerazadişviliyə (İspaniya) yenilib.
100-dan yuxarı çəkidəki Uşangi Kokauri 1/8 finalda Marius Fizeldən (Slovakiya) güclü olsa da, Teddi Rinerin (Fransa) müqavimətini qıra bilməyib. Kokauri təsəlliverici görüşdə Martti Puumalainenə (Finlandiya) də uzudub.
Daha əvvəl Azərbaycan təmsilçilərindən Hidayət Heydərov (73 kq) qızıl, Səid Mollayi (81 kq) gümüş, Rüstəm Orucov (73 kq) isə bürünc medal əldə edib.