Rusiyanın Ukraynaya hücumundan sonra – bu ilin martında “Krasnodar”dan azad agent qimində ayrılan Remi Kabella özünə yeni iş yeri tapıb.
Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi Fransanın “Lill” klubu ilə anlaşıb.
32 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Kabella Rusiya təmsilçisindən gedəndən sonra “Monpelye” ilə anlaşmış, mövsümün sonunadək sözügedən komandanın formasını geyinmişdi. Fransa millisinin sabiq üzvü “Nyukasl”, “Olimpik” (Marsel) və “Sent Etyen”də də çıxış edib.