Futbol üzrə Nigeriya millisinin sabiq yarımmüdafiəçisi Henri Onyekuru yenidən Türkiyəyə qayıdıb.

Futbolinfo.az xəbər verir ki, 25 yaşlı futbolçu qarşıdakı mövsümü “Adana Dəmirspor”da keçirəcək.

Super Liqa klubu onu Yunanıstanın “Olimpaikos” klubundan satınalma şərti ilə icarəyə götürüb. İcarə müddəti 2022/23 mövsümünün sonuna kimidir.

Henri Onyekuru peşəkar karyerasına Belçikanın “Eupen” klubunda başlayıb. 2017-ci ildə İngiltərənin “Everton” klubuna transfer olunan futbolçu, Premyer Liqa təmsilçisində heyətə düşə bilməyib. Bu üzdən də o, “Anderlext” və “Qalatasaray”a icarəyə verilib. 2019-cu ildə vinger “Monako”ya transfer olunsa da, Liqa 1 təmsilçisində də möhkəmlənə bilməyib. Nəticədə 2020 və 2021-ci illərdə “Qalatasaray” yenidən onu icarəyə götürüb. 2021-ci ildə isə futbolçu “Olimpiakos”a transfer olunub.

“Adana Dəmirspor” bosniyalı qapıçı Qoran Karaçiçi də transfer edib. Son iş yeri “Adanaspor” olan 25 yaşlı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb.

Qoran Karaçiç 2016-cı ildən “Adanaspor”da çıxış edirdi. Bosniya və Herseqovinanın U-21 yığmasının sabiq üzvü “Zrinski” və “Sandhauzen”də də forma geyinib.

Adana təmsilçisi “Trabzonspor”un gənc oyunçusu Salih Kavrazlını da transfer edib. 20 yaşlı futbolçu ilə də 3+1 illik müqavilə imzalanıb. “Adanaspor”un yetirməsi olan Salih Kavrazlı 2021-ci ildən Trabzon klubunda çıxış edirdi. Yarımmüdafiəçi Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarına da dəvət alıb.

“Trabzonspor” qapıçısı Erce Kardeşleri də “Hatayspor”a satıb. 28 yaşlı futbolçu 2019-cu ildən Trabzon təmsilçisində çıxış edirdi. O, “Trabzonspor”dan öncə “Altınordu”da da forma geyinib.

Shares: