İngiltərədə qadın futbolçular arasında təşkil olunan Avropa çempionatında ilk yarımfinal görüşü keçirilib.

Futbolinfo.az xəbər verir ki, ilk yarımfinal oyununda İngiltərə yığması İsveç millisi ilə qarşılaşıb.

Şeffilddəki “Bremmel Leyn” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Parlaq qələbə sayəsində İngiltərə yığası Avropa çempionatının ilk finalçısına çevrilib.

Digər finalçının adına bu gün baş tutacaq Almaniya – Fransa matçında aydınlıq gələcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp