“AB 7 Soccer Academy”nin üzvü Fərid Hüseynov təcrübə üçün “Qarabağ”ın düşərgəsinə qoşulub.

Futbolinfo.az xəbər verir ki, ABŞ-da yaşayan həmyerlimiz “Qarabağ”ın veteran futbolçusu Ansi Aqollinin yaratdığı akademiyanın üzvüdü.

O, iki həftəlik “Qarabağ”ın U-15 komandasının düşərgəsində təcrübə keçəcək. Bundan sonra isə futbolçu yenidən ABŞ-a qayıdaraq komandasının məşqlərinə qoşulacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp