Bu gün UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” İsveçrədə “Sürix”in qonağı olub. Ağdam klubu Bakıdakı ilk matçda qələbə qazanmışdı – 3:2. Cavab görüşündə məhsuldar heç-heçə qeydə alınıb və “Qarabağ” növbəti mərhələyə yüksəlib.

“Qarabağ”ın 3-cü təsnifat mərhələsindəki potensial rəqiblərindən “Ferentsvaroş” Macarıstanda Slovakiya “Slovan”ı (Bratislava) ilə üz-üzə gəlob. İlk oyunda Slovakiya təmsilçisi qalib gəlmişdi – 2:1. Cavab görüşündə isə Macarıstan çempionu darmadağına sevinərək “Qarabağ”a rəqib olub.

“Fənərbaxça” Türkiyədə Ukraynanın “Dinamo” (Kiyev) klubunu sınağa çəkib. Komandalar arasındakı ilk oyunda hesab açılmamışdı. Üç qolun qeydə alındığı cavab matçında isə Kiyev təmsilçisi qələbəyə sevinib.

Bu komandalarla yanaşı, “Bodo Qlimt” (Norveç), “Jalgiris” (Litva) və “Makkabi” (Hayfa, İsrail) də növbəti mərhələyə yüksəlib.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
27 iyul

Bodo Qlimt (Norveç) – Linfild (Şimali İrlandiya) 8:0
İlk oyun – 0:1

Sürix (İsveçrə) – Qarabağ (Azərbaycan) 2:2
İlk oyun – 2:3

Malmö (İsveç) – Jalgiris (Litva) 0:2
İlk oyun – 0:1

Fənərbaxça (Türkiyə) – Dinamo (Kiyev, Ukrayna) 1:2
İlk oyun – 0:0

Slovan (Bratislava, Slovakiya) – Ferentsvaroş (Macarıstan) 1:4
İlk oyun – 2:1

Olimpiakos (Yunanıstan) – Makkabi (Hayfa, İsrail) 0:4
İlk oyun – 1:1

Shares: