FİFA prezidenti Canni İnfantino “Qarabağ”ı UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.

Futbolinfo.az xəbər verir ki, o, İsveçrədə “Sürix”lə 2:2 hesabıyla başa çatan 2-ci təsnifat mərhələsinin cavab oyunundan sonra Ağdam təmsilçisinin idarə heyətininin üzvü Fevzihan Arasa qələbə və mübariz oyun münasibəti ilə təbriklərini çatdırıb və uğurlar arzulayıb.

Xatırladaq ki, “Qarabağ” Bakıdakı ilk matçda “Sürix”ə 3:2 hesabı ilə qalib gəlmişdi. Ağdam təmsilçisinin 3-cü raunddakı rəqibi Macarıstan “Ferentsvaroş”u olacaq.

Shares: