“Turan Tovuz” Gürcüstandakı təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, 2022/23 mövsümü üçün hazırlığını Tiflisdə davam etdirən komanda ikinci yoxlama oyununda yerli “Dinamo” ilə qarşılaşıb.

Ayxan Abbasovun yetirmələri son mövsümdə Gürcüstan yüksək liqasının gümüş medalçısı olmuş Tiflis təmsilçisinə böyük hesabla uduzub. Oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

“Turan Tovuz” ilk yoxlama oyununda Tiflisin digər təmsilçisi “Merani”yə 3:1 hesabıyla qalib gəlmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp