“Mançester Siti”nin müdafiəçisi Emerik Laport komandanın qarşıdakı oyunlarını buraxacaq.
Futbolinfo.az xəbər verir ki, “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola futbolçunun dizindəki problemlərə görə əməliyyat olunduğunu bildirib:
“Laport zədəlidir. Əməliyyat olundu. Ötən mövsüm son bir neçə oyunu zədə ilə keçirdi, inanılmaz səy göstərdi. Amma artıq bacarmadı. Hər şey yaxşı olarsa, o, sentyabrda qayıdacaq”.
28 yaşlı Laport ötən mövsüm “Mançester Siti”nin heyətində 44 oyuna çıxıb və 4 qol vurub.