“Keşlə” adını dəyişib Şamaxıya köçsə də, problemləri bitmir. Klubun işdən çıxarılmış bir çox müqaviləli əməkdaşları hələ də yeni rəhbərliyin onların taleyinə aydınlıq gətirəcəyi günü gözləyir. Anlaşmalar davam edir, kimsəyə işdən azad olunması deyilməyib, nə də onlara maaşları ödənmir.

Daha bir problem klubun illərdi məskunlaşdığı “ASK Arena” ilə bağlıdı. Klubun stadiona 25 min manat borcu qalıb və bu vəsaiti ödəməkdən boyun qaçırırlar. “Şamaxı” özünü “Keşlə”nin varisi elan etsə də, əvvəlki rəhbərliyin vaxtından qalan borcları öhdələrinə götürmək istəmir.

“ASK Arena” rəhbərliyi şifahi danışıqlarda “Şamaxı”dan rədd cavabı aldığından məhkəməyə müraciət etmək fikrinə düşüb. Qarşıdakı həftədə ya borc ödəniləcək, ya da klubla bağlı rəsmi addımlar atılacaq.

Shares: