Macarıstanın “Ferentsvaroş” klubunun futbolçusu Frank Boli UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibləri “Qarabağ” barədə açıqlama verib.

Futbolinfo.az xəbər verir ki, 29 yaşlı hücumçu bunları deyib:

“Rəqib haqqında hələlik o qədər də məlumatım yoxdur. Amma bilirəm ki, onlar da əvvəl bizim kimi Çempionlar Liqasının qrup mərhələsində oynayıblar. Bu səbəbdən, pis komanda ola bilməz.

Bu oyunlara yaxşı hazırlaşmalıyıq. Çərşənbə günü səfər matçımız olacaq. Həmin vaxtadək rəqib haqqında bütün məlumatları əldə edəcəyik. Amma hazırda fikrimizi çempionatın 1-ci turundakı “Puşkaş Akademiyası” ilə görüşə yönəltmişik. Bu, olduqca vacib qarşılaşmadır”.

“Qarabağ” “Ferentsvaroş”a qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.

Shares: