Türkiyənin “Sivasspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi Rusiyanın “Dinamo” (Moskva) klubundan Klinton Njini transfer edib.

Bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb. Kamerundan olan 28 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Sivas klubu bu transfer üçün Rusiya təmsilçisinə heç bir təzminat ödəməyib.

Klinton Nji peşəkar karyerasına Lion “Olimpik”ində başlayıb. 2015-2017-ci illər aralığında isə o, “Tottenhem”də çıxış edib. 2016/17 mövsümündə Marsel “Olimpik”ində icarədə oynayan forvard, mövsüm bitən kimi Fransa klubu tərəfindən birdəfəlik transfer edilib. Kamerun yığmasının üzvü “Dinamo”ya da məhz “Olimpik”dən, 2019-cu ildə transfer olunmuşdu. O, Rusiya klubunda keçirdiyi 3 mövsüm ərzində cəmi 66 oyuna çıxıb, 6 qol vurub. Kamerun milli komandasında 42 oyun keçirmiş futbolçu, 10 qola imza atıb.

“Sivasspor” bu yay Murat Paluli, Robin Yalçın və Karol Angelskini də transfer etmişdi.

Shares: