Futbol üzrə Azərbaycan millisinin və Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun hücumçusu Mahir Emreli yenidən sıradan çıxıb.

Futbolinfo.az xəbər verir ki, 25 yaşlı futbolçu Xorvatiya çempionatının 3-cü turu çərçivəsində “İstra 1961” komandasına 4:1 hesabı ilə qalib gəldikləri matçda əvvəlki zədəsini yeniləyib.

Belində ağrılar hiss edən forvard UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Bolqarıstanda “Ludoqorets”ə qarşı keçirəcəkləri ilk oyunu buraxacaq. Mahirlə yanaşı, Teofil Katrin də sözügedən qarşılaşmada meydana çıxa bilməyəcək. Bruno Petkoviçin oynayıb-oynamayacağı isə sual altındadır. “Ludoqorets” – “Dinamo” oyunu avqustun 2-də baş tutacaq.

Xatırladaq ki, zədədən yenicə qayıdan Mahir Emreli “İstra 1961” ilə matçın 81-ci dəqiqəsində meydana çıxıb və 7 dəqiqə sonra fərqlənərək, görüşdə son nöqtəni qoyub.

Shares: