UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Sürix”ə (İsveçrə) qarşı keçirilən oyununda zədələnərək matçı vaxtından əvvəl tərk edən “Qarabağ”ın futbolçusu Kevin Medinanın azı bir ay yaşıl meydanlardan uzaq qalacağı dəqiqləşib.

Futbolinfo.az xəbər verir ki, kolumbiyalı futbolçuya Ağdam klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev dəstək nümayiş etdirib. O, “İnstagram” hesabında Medina barədə bu cür yazıb:

“Qardaşım, biz səni tezliklə gözləyirik. Hər şey yaxşı olacaq”.

Shares: