Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışında olan Səudiyyə Ərəbistanı yığması ilə yoxlama oyunun keçirib.

Futbolinfo.az xəbər verir ki, Bakı “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında keçirilmiş oyun 4:1 hesabı ilə komandamızın xeyrinə başa çatıb.

Millimizin qollarını Hüseyn Axundov (2), Amid Nəzərov və Ramil Əliyev vurub.

Bu komandalar arasında növbəti oyun sabah keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp