Futbol üzrə Fransa Super Kubokunun qalibi müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, həlledici oyunda son çempion PSJ ilə ölkə kubokunun qalibi “Nant” komandaları üz-üzə gəlib.

İsrailin paytaxtı Təl-Əvivdə, “Blimfuld” stadionunda təşkil olunmuş qarşılaşma Paris təmsilçisinin 4:0 hesablı qələbəsiylə yekunlaşıb. Hesabı 22-ci dəqiqədə Lionel Messi açıb. Neymar dubla imza atıbsa (45+5 və 82-pen.), daha bir qolu müdafiəçi Serxio Ramos (57) vurub.

PSJ tarixində 11-ci dəfə Super Kubokun qalibi olub.

Shares: