“Ferentsvaroş”un Çempionlar Liqası II təsnifat mərhələsinin “Qarabağ”la oyunlar üçün sifariş ərizəsində dəyişiklik edilib. Macarıstan klubu “Keçkemet”ə icarəyə verilən qapıçı Adam Varqa və sağ cinah müdafiəçisi Henri Vinqonu heyətdən çıxarılıb. Vinqonu bosniyalı Muhamed Beşiç əvəzləyib.

“Qarabağ” “Ferentsvaroş”la ilk oyunu avqustun 3-də Bakıda, cavab görüşünü isə avqustun 9-u Budapeştdə keçirəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp