Azərbaycan Premyer Liqasının 2022/23 mövsümünə bu həftə start veriləcək. Futbolinfo.az xəbər verir ki, 31-ci ölkə çempionatının startı ərəfəsində Peşəkar Futbol Liqası əvvəlki 30 mövsümün 30 ən yaxşı bombardirini təqdim edib.

Bu göstəricidə mütləq rekord 183 qol vuran Nazim Əliyevdədir. O, ən yaxın izləyicisi Müşfiq Hüseynovu 68 top qabaqlayır. Ümumilikdə, 10 futbolçu 100 və daha çox qol vurmağı bacarıb.
Karyerasını Premyer Liqada davam etdirənlərdən yalnız Rauf Əliyev “Top-30”dadır. O, 63 qolla 26-cıdır.

Zaqreb “Dinamo”sunda legioner həyatı yaşayan Mahir Emreli də 59 topla cədvəldə yer alıb. 

1   Nazim Əliyev183
2   Müşfiq Hüseynov125
3   Rövşən Əhmədov116
4-5   Qurban Qurbanov115
   Samir Ələkbərov115
6   Alay Bəhramov108
7   Nadir Nəbiyev103
8-9   Xaqani Məmmədov102
   Vadim Vasilyev102
10   Kənan Kərimov101
11   Musa Qurbanov94
12   Fazil Pərvərov89
13   Samir Musayev88
14-15   Fərrux İsmayılov85
   İmamyar Süleymanov85
16   Samir Əliyev84
17   İsmayıl Məmmədov76
18   İlham Məmmədov74
19   Azər İsayev73
20   Paşa Əliyev72
21   Badri Kvaratsxeliya71
22   Zaur Ramazanov70
23   Yunis Hüseynov66
24-25   Vidadi Rzayev65
   Mahir Əliyev65
26   Rauf Əliyev63
27-29   Mahmud Qurbanov61
   Ramiz Məmmədov61
   Georgi Adamiya61
30   Mahir Emreli59
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp