Azərbaycanın qanuni lotereya və idman mərc operatoru “Azərlotereya” ASC-nin “Misli” brendi futbol üzrə Azərbaycan Premyer Liqasının 2022/2023-cü illər mövsümünün baş sponsoru oldu. Bununla bağlı ilkin xəbər verilsə də, hələlik tərəflər arasında rəsmi müqavilə bağlanmayıb.

Az öncə bu barədə yazmış, müqavilənin müddətinin, maliyyə şərtlərinin və s. detallarının açıqlanmamasının anlaşılmaz olduğunu vurğulamışdıq. Belə ki, xəbərin girişində “Misli”nin yalnız qarşıdakı mövsümün baş sponsoru olduğu vurğulanıb, əlavə heç bir qeyd yoxdu.

Məsələni aydınlaşdırmaq üçün Peşəkar Futbol Liqasından heç bir bilgi ala bilmədik. Əvəzində AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla vəziyyətə aydınlıq gətirdi.

Bəlli oldu ki, anlaşma hələlik bir ili əhatə edəcək, davamında əməkdaşlığın uzadılması mümkündü. Və hər hansı müqavilə imzalanmayıb, sadəcə, mövsümün start götürmək üzrə olduğu nəzərə alınaraq, sponsorla bağlı məlumat verilib: “Əməkdaşlıqla bağlı müqavilənin imzalanma mərasimi nəzərdə tutulub, amma dəqiq tarix barədə əlavə məlumat veriləcək”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp