İngiltərənin “Liverpul” klubu futbolçusu Dioqo Jotanın müqavilə müddətini uzadıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.

Portuqaliyalı hücumçu ilə 5 illik yeni sözləşmə imzalanıb.

26 yaşlı forvard Mersisayd təmsilçisinə 2020-ci ilin sentyabrında 45 milyon avro qarşılığında “Vulverhempton”dan keçib. İndiyədək “Liverpul”da 85 oyun keçirmiş Portuqaliya millisinin üzvü 34 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp