Fransa Avropanın ən böyük ölkələrindən biri, dünyanın öndə gedən, inkişaf etmiş dövlətlərindəndir. Milyonçu şəhərləri çox azdır.

Məşhur futbol klublarının əksəriyyəti 200-300 minlik şəhərləri təmsil edirlər. Gəncə, Sumqayıtdan kiçikdilər…

Fotoda gördüyünüz 3 müasir stadionun Fransaya aidiyyatı yoxdur, Batumi, Astana, Tiraspoldur. Biri də bizim ikinci şəhərimiz Gəncə…

Bakıdan sonra ən iri şəhərlərimiz olan Sumqayıtla, Gəncə həm də tarixən futbol mərkəzlərimiz olub…

Gəncəlilər vaxtilə nəhəng imperiyanın güclülər dəstəsinə kimi gedib çıxıb, Sumqayıt B klassında (1-ci liqa) təmsil olunub. Nisbətən zəifləyəndə isə, II liqada daimi çıxış ediblər.

Hər iki şəhərin ən istedadlı yetirmələri hər zaman “Neftçi”nin şərəfini qoruyub…

Gəncə böyük futbola qayıdıb, doğma məkanda çıxış edə bilmir, stadion qəzalı vəziyyətdədir.

25 min azarkeş tribunaları doldursa, faciə yaşanması ehtimalı ola bilər. Bu, həqiqətdir!

Əhalisi 300-500 min olan ən böyük şəhərlərimizdən ikisində müasir tələblərə cavab verən arenalarımız yoxdur. Sumqayıtda inşa edilir… Hər ikisi də futbol şəhəri…

Lənkəran, Yevlax arenaları böyük futbolsuz qalıb… Şirvan, Masallı, Bərdə, Qazax, Qusar stadionları fəryad edir. “Bakı” stadion-bazası viranə qoyulub…

Qeydiyyatda 200 min futbolçu “yetişib”, komandalarda oynamağa keyfiyyətli oyunçu tapılmır…

Gəncə, Sumqayıt ayrı-ayrıllqda Fransanın Tuluzasına bərabərdir, digər futbol şəhərləri Bordo, Lill, Ren, Sent-Etyen, Metç, Nansidən daha böyükdür…

Gəncənin nəinki stadionu yoxdur, Azərbaycanı istedadlarla təmin etmiş şəhər indi “Kəpəz”ə yerli futbolçu tapa bilmir…

Deyirlər, futbolda islahatlar aparılır…

“Qarabağ”ın da yaxasından yapışılıb ki, ÇL-in qrupuna düşməlisən, “Neftçi” də qruplarda olmalıdır. Bacarıqlı mütəxəssislərimiz – dahidir!

Fransaya salamlar olsun!

TAHİR SÜLEYMANOV

296346405 1704270723289733 7008354428733348376 n - Futbolinfo.az
296359585 1704270876623051 7555934924651315608 n - Futbolinfo.az
296449467 1704270783289727 7242394607826485126 n - Futbolinfo.az
297203610 1704270836623055 2743890939393093461 n - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp