“Şamaxı” Azərbaycan Premyer Liqasında əcnəbi futbolçular olmadan çıxış edəcək.

Futbolinfo.az xəbər verir ki, bölgə təmsilçisi Premyer Liqanın yeni mövsümü üçün 25 futbolçunu sifariş edib.

Bunlardan 3-ü qapıçı, hərəyə 9-u müdafiəçi və yarımmüdafiəçi, 4-ü hücumçudur.

Qapıçılar: Rəşad Əzizli, Əkbər Vəliyev, Sahib Həsənov;

Müdafiəçilər: İbrahim Aslanlı, Arsen Ağcabəyov, Rəhman Daşdəmirov, Fuad Bayramov, Elçin Mustafayev, Cavid Heydərov, Abdulla Rzayev, Rauf Hüseynli, Mirəli Əhmədov;

Yarımmüdafiəçilər: Samir Qurbanov, Nihad Quliyev, Elvin Məmmədov, Kamal Mirzəyev, Pərviz Azadov, Bəhruz Teymurov, Qurban Səfərov, Asim Əlizadə, Elçin Rəhimli;

Hücumçular: Amil Yunanov, Kamran Quliyev, Bahadur Həziyev, Uğur Cahangirov.

“Şamaxı” yeni mövsümün ilk turunda “Neftçi”ni qəbul edəcək. Avqustun 7-də Şamaxı şəhər stadionunda keçiriləcək oyun saat 17:00-da başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp