“Şamaxı” klubu yeni loqosunda yaranma tarixini dəyişib.

Futbolinfo.az xəbər verir ki, bu barədə “Şamaxı”nın İdarə Heyətinin sədri Elçin Usub jurnalistlərə açıqlamasında məlumat verib.

O, klubun loqosunda 1997-ci ildə yaradılmış “Xəzər Universiteti” komandasının təsis ilini götürdüklərini açıqlayıb:

“Varislik məsələsi uzun müddət müzakirə olundu. Bunun üzərində çox dayanmaq istəməzdim. Bəli, 1997-ci il “Xəzər Universiteti”nin yaranması ilə bağlıdır. Biz kökümüzü “Xəzər Universiteti”nin yaranmasından götürürük”.

“Şamaxı”nın təqdimat mərasiminə dəvət olunmuş sabiq “Xəzər Universiteti”nin təsisçisi və prezidenti Hamlet İsaxanlı isə bölgə komandasına xeyir-dua verib.

“Xəzər Universiteti”nin də varisi sayılan “İnter”də yaradılış tarixi kimi 2004-cü il göstərilirdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp