Ötən mövsümün sonunda “Səbail”dən ayrılan fransalı futbolçu Nikolas Rayselin yeni klubu bəlli olub.
Futbolinfo.az xəbər verir ki, 29 yaşlı hücumameylli yarımmüdafiəçi Belçikanın “Dunder” komandasına keçib.
Təcrübəli forvard 2018/19 mövsümündə də 3-cü liqa təmsilçisinin formasını geyinib.
Xatırladaq ki, Nikolas Raysel Azərbaycanda “Səbail”lə yanaşı, “Qəbələ”də də çıxış edib.