Sentyabrın 2-də Argentina çempionatında bütün futbol oyunları ləğv edilib.

Bu qərar ölkənin vitse-prezidenti Kristina Fernandes de Kirşnerə qarşı sui-qəsd cəhdi ilə əlaqədar qəbul edilib.

Futbolinfo.az xəbər verir ki, bu barədə Argentina Futbol Assosiasiyası “tvitter”də məlumat yayıb.

Bu gün saat 21:00 radələrində (Bakı vaxtı ilə saat 04:00) bir şəxs ölkənin hazırkı vitse-prezidenti və iki dəfə prezidenti olmuş Kristina Fernandes de Kirşnerə sui-qəsdə cəhd edib. Polis Buenos-Ayresdəki evinin qarşısında vitse-prezidentə silah tuşlayan şəxsi saxlayıb. “Cinco Noticias” telekanalının efirində nümayiş etdirilən kadrlarda izdihamın arasında dayanan şəxsin Fernandes de Kirşnerə silahla az qala yaxından yaxınlaşa bildiyi görünür. Həmin şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, Kristina Fernandes de Kirşnerin özü isə xəsarət almayıb. Lakin bu hadisə yerli hökumətin bütün kütləvi tədbirləri ləğv etməsinə səbəb olub.

Shares: