Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Olimpiakos” iştirak ərizəsini açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, Karlos Korberan avrokubok matçları üçün 30 futbolçuya ehtiyac duyub.

Onlardan 3-ü qapıçı, 9-u müdafiəçi, 10-u yarımmüdafiəçi, 8-i isə hücumçudur.

İspaniyalı məşqçinin müəyyənləşdirdiyi heyətdən 6 nəfər B siyahısındadır.

Qapıçılar: 1. Tomaş Vatslik, 88. Kostas Tsolakis, 99. Atanasios Papadudis;

Müdafiəçilər: 2. Şime Vrsalko, 14. Tanasis Androtsos, 23. Leonardo Kutris, 24. Usseynu Ba, 66. Pape Abu Sisse, 26. Qonsalo Avila, 44. Kostas Manolas, 45. Oleq Ryabçuk, 75. Fotios Kitsos;

Yarımmüdafiəçilər: 5. Andreas Buxalakis, 6. Yann Mvila, 28. Metyu Valbuena, 8. Pyerr Kunde, 10. Filip Zinkernagel, 22. Aqibu Kamara, 33. İnbeom Hvan, 55. Xristos Liatsos, 74. Andreas Ntoi, 92. Yannis Karakutis;

Hücumçular: 9. Ahmed Hassan, 11. Yussef El-Arabi, 17. Marius Vrusay, 19. Giorgos Masuras, 30. Konrad De La Fuente, 60. Anastasios Tselios, 77. Qarri Rodriges, 97. Lazar Randeloviç;

“Olimpiakos” G qrupunda ilk oyununu sentyabrın 8-də səfərdə “Nant”a qarşı keçirəcək. “Qarabağ” həmin gün Almaniyada “Frayburq”un qonağı olacaq.

Shares: