“Neftçi” PFK-nın U-17 komandası İtaliyanın paytaxtı Romada təşkil olunan Skopinyo Kubokunda ikinci oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, baş məşqçi Rəşad Hüseynovun yetirmələri “Lodiciani” klubunu 1:0 hesabı ilə məğlub edib.
Qələbə qoluna Murad Məmmədov imza atıb.Bununla da ilk matçda “Roma”ya 0:1 hesabı ilə uduzan “Neftçi” C qrupunda 2-ci yeri tutub.