Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, E qrupu çərçivəsində baş tutan matçda rəqib Malta olub.
Ta Qali şəhərində təşkil olunmuş qarşılaşma Azərbaycan yığmasının qələbəsi ilə yekunlaşıb – 2:0.
Qolları 10-cu dəqiqədə Kristina Bakarandze və 60-cı dəqiqədə Diana Məmmədova meydan sahiblərinin qapısından keçibib.
Bu qələbədən sonra Azərbaycan millisi xalını 6-ya yüksəldərək, 4 xala malik Maltanı turnir cədvəlində üstələyib və 4-cü pilləyə qalxıb.
Azərbaycan yığması seçmə mərhələdə son oyununu sentyabrın 6-da, “Dalğa Arena”da Bosniya və Herseqovina millisinə qarşı keçirəcək.