“Səbail”də bütün diqqət əsas komandaya yönəlib, uşaq komandaları yaddan çıxıb. Əksəri legioner olmaqla çoxlu transfer edən Bayıl təmsilçisininakademiyasında xeyli problemlər olması barədə xəbərlər gəlir.

Futbolinfo.az xəbər verir ki, klubun sponsoru olan ASCO şirkəti aşağı yaş qruplarından ibarət komandaları diqqətdən kənar qoyub. Belə ki, gənc futbolçulara forma və idman ləvazimatları verilmədiyindən, onlar çempionat matçlarına ötənilki nimdaş geyimlərlə çıxırlar.

Ötən gün “Şamaxı” ilə oynayan U-19 komandası da meydana keçən mövsümdən qalan formalarla çıxıb. Görüşdə “Səbail” 3:1 hesablı qalibiyyət əldə etsə də, problemlər gözdən qaçmayıb.

“Səbail”in mətbuat xidmətinin rəhbəri Sənəm Fərhadova isə məsələyə belə münasibət bildirib: “Bizim anbarımızda ötən ildən qalan formalar var. Onlar təzədir və futbolçulara istifadə üçün verilir. Lakin yaxın günlərdə tam olaraq yeni ekiprovkalar gələcək”.

Shares: