Futbol üzrə Almaniya 3-cü liqasında 7-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Rot Vays Essen”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Nazarov da bu matçin iştirakçısı olub. O, 90 dəqiqə meydanda olub və sarı vərəqə ilə cəzalanıb.

“Ersgebirge” 7 turdan sonra 3 xalla 20 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Shares: