“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan “Olimpiakos”u Madrid “Real”ının sabiq müdafiəçisi Marselonu transfer edib.

Futbolinfo.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

Braziliyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, 34 yaşlı Marselo 15 ildən çox “Real”da çıxış edib. Bu müddət ərzində o, 546 matçda iştirak edib, 38 qol vurub və 103 qolun ötürməsini verib. Braziliyalı müdafiəçi Madrid təmsilçisi ilə 25 kubok, o cümlədən 5 Çempionlar Liqası kubokunu qazanıb. Daha öncə “Fluminense”də də oynamış müdafiəçi, Braziliya yığmasında 58 oyuna 6 qol vurub.

Shares: