Rusiyanın “Ximki” komandasının yeni baş məşqçisi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, bu vəzifəyə Spartak Qoqniyev təyin olunub.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Premyer Liqa təmsilçisinin yeni baş məşqçisi ilə 2+1 illik müqavilə imzalanıb.
Qoqniyev ötən mövsüm “Alaniya”nı (Rusiya) çalışdırıb. O, “Ximki”də istefaya göndərilən Nikolay Pisarevi əvəz edib.
“Ximki”də azərbaycanlı futbolçu Ayaz Quliyev də forma geyinir.
Xatırladaq ki, son günlərdə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun da adı “Ximki” ilə hallanırdı.