“Neftçi”nin zədəli futbolçuları Azər Salahlı və Sezar Meza Kollinin durumu açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın baş həkimi Şaiq Zöhrablı klubun televiziyasına açıqlamasında məlumat verib.

Baş həkim Salahlının ayağından əməliyyat olunduğunu xatırladıb: “O, 2-3 ay ərzində komanda ilə məşqlərə qoşulacaq. Meza Kollinin isə reabilitasiya dövrü başlayıb. Başqa zədəli oyunçumuz yoxdur”.

Zöhrablı “Zirə”yə 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın 4-cü tur matçında əzələsində spazm aşkarlanan Azər Əliyevin durumunun yaxşı olduğunu və komanda ilə məşqlərə qatıldığını söyləyib.

“Neftçi” bu gün 5-ci tur çərçivəsində “Sumqayıt”ı qəbul edəcək. “Bakcell Arena”da baş tutacaq qarşılaşmaya saat 20:30-da start veriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp