“Bilmirəm ki, bu xəbərlər mətbuata hardan çıxıb? Amma həqiqətən belə bir şey oldu. Qurban Qurbanov da, Qara Qarayev də hakimə mənə qırmızı vərəqə verilməməsini istədi” – bu sözləri futbolinfo.az-a “Kəpəz”in futbolçusu Tural Rzayev deyib.

Rzayev Misli Premyer Liqasının 5-ci turunda “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları oyunda rəqib baş məşqçi Qurban Qurbanovun və rəqib komandanın kapitanı Qara Qarayevin matçın baş hakimi Əliyar Ağayevdən ona qırmızı vərəqə verilməməsini istədiyini etiraf edib: “Onlar israt etdi. Amma qaydalar birdir, kobudluq varsa, hakim vərəqəni verməlidir. Bilməyərəkdən də olsa, kobud oynadım. Uşaq futbolundan indiyə qədər heç zaman qırmızı vərəqə almamışam. Onlar da bildirdi ki, Turalın niyyəti qəsdən kobud oynamaq deyildi. Lakin bu, heç nəyi dəyişmir. Hər ikisinə təşəkkür edirəm – həm Qurban Qurbanova, həm Qara Qarayevə”.

Futbolçu hakimin onu meydandan kənarlaşdırılması qərarı ilə razılaşdığını deyib: “Haqlı qırmızı vərəqə idi. İstəmədən də olsa, çox kobud oynadım. Topu “bağlamaq” niyyətim var idi. Bədənimdən, ayağımdan istifadə edib hücumu zərərsizləşdirmək niyyətinə düşdüm. Qaranın arxa tərəfimdə olduğunu bilsəm də, tam yanımda olduğunu görmədim. Onu görəndə artıq gec idi. Təkrarda da baxdım ki, həqiqətən qırmızı vərəqəlik epizod idi”.

Shares: